📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Siyasi üstünlüyümüzü, beynəlxalq mövqeyimizi gücləndirmək üçün davamlı işlər görməliyik və görürük" - NURLAN QƏLƏNDƏRLİ

2023-12-28 15:34:16

"İndi milli həmrəylik, siyasi birlik nümayiş etdirməyə, dövlətin maraqlarını qorumağa hər zamankından daha çox ehtiyac var"

"Hərbi müstəvidə qazanılmış Qələbəni diplomatik-siyasi arenada və quruculuq meydanında möhkəmləndirmək, iqtisadi gücümüzü, ictimai immunitetimizi artırmaq, siyasi üstünlüyümüzü və beynəlxalq mövqeyimizi gücləndirmək üçün davamlı işlər görməliyik və görürük. Bir sözlə, davam edirik, nə yol, nə də mübarizə bitib". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Nurlan Qələndərli bildirib.

Politoloq qeyd edib ki, paralel olaraq Cənubi Qafqazda etimad quruculuğu, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması diqqət mərkəzindədir, danışıqlar aparılır, təmaslar davam edir: "Bütün bunlar, ABŞ prezidenti Cozef Baydenin dövlətimizin başçısı İlham Əliyevə göndərdiyi məktubda ifadə edildiyi kimi, "tarixin mühüm anı"nda baş verir və taleyüklü məsələlər həll olunur. Ona görə də indi milli həmrəylik, siyasi birlik nümayiş etdirməyə, dövlətin maraqlarını qorumağa hər zamankından daha çox zərurət və ehtiyac var. Bu, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxsin ümdə vəzifəsi, vətəndaşlıq borcudur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az