📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Siyavuş Novruzov: Bu pula qəbiristanlıqdan 10 sm yer almaq mümkün deyil

2023-11-15 14:37:50

Siyavuş Novruzov: Bu pula qəbiristanlıqdan 10 sm yer almaq mümkün deyil

Dəfn pullarının miqdarı artırılmalıdır.

Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov deyib ki, verilən dəfn puluna qəbiristanlıqdan 10 sm yer almaq mümkün deyil:

“Bakı şəhərində qəbiristanlıq məsələsi çox ciddi problemdir. Verilən pul Bakı şəhərində dəfnin heç 10-da birini qarşılamır. Dəfnlə bağlı tələblər də dəyişilməlidir. Bu adam dünyasını dəyişib, nə qədər arayış tələb edərlər”. (APA)