Siyavuş Novruzov: Kələkidə soğan əkənlər, Sürətin qabağından qaçanlar bu milləti bizdən daha artıq istəyir?
Milli Məclisin 2024-cü il 14 iyun tarixində keçirilən növbdənkənar sessiyasının plenar iclasında çıxış edən deputat Siavuş Novruzov Qurtuluş Bayramı münasibətilə təbrik ünvanlayıb. "İlk növbədə Qurtuluş bayranmı münasibətilə təbrik edirəm, Qurtuluş olmasaydı, büdcənin bugünki müzakirəsi ola bilməzdi", deyə deputat vurğulayıb.
Çıxışına davam edən deputat daha sonra bəzi məsələlər münasibətini bildirib. "Əfsuslar olsun ki, parlamenti özünü şəxsi müzakirə yeri kim görənlər az deyil. Həmişə görmüşük ki, azlıq çoxluğa tabe olur, indi bunun əksini görürük. Görürük ki, illərlə bizimlə çalışan deputatlar jurnalistləri çağırıb deyirlər ki, bunu deyəcəkdim, onu deyəcəkdim. Deyirlər ki, Qarabağın bərpası üçün sahibkarlardan pul yığılır. Hörmətli Sahib müəllim, Qarabağın işinə niyə haram qatırsınız? Bizim 30 ildir yazdığımız nə idi? Əhalimiz Qarabağa köçsün, gedib orada yaşasın. Deyirlər sosial təminatdan kəsilib Qarabağın bərpasına sərf olunur. Hər birimiz çalışmalıyıq ki, boş ərazilər dolsun, əkin biçin olsun. Kələkidə soğan əkənlər, Sürətin qabağından qaçanlar bu milləti bizdən daha artıq istəyir? Bu gün bu işləri aparan Prezident ilham Əliyevadır, Mehriban Əliyevadır. Buna xələl gətirməyək. Qarabağın üstündə çox alverlər olub, bundan sonra belə alver olmayacaq", deyə Siyavuş Novruzov sözünü yekunlaşdırıb.
Ülviyyə, Hurriyyet.az