📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Siyəzəndə 6 kiloqram narkotik aşkarlanıb

2026-02-07 11:23:46

Siyəzəndə 6 kiloqram narkotik aşkarlanıb

Siyəzəndə 6 kiloqram narkotik vasitə aşkarlandı

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 40 yaşlı Ş.Bayramova saxlanılıb

Ondan 6 kiloqrama yaxın marixuana, külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin, həmçinin psixotrop tərkibli 120 ədəd preqabalin həbi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.