📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Siyəzəndə motosikletlə qəzaya düşən məktəbli öldü

2026-10-29 23:17:24

Siyəzəndə motosikletlə qəzaya düşən məktəbli öldü

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Böyük Həmyə kəndində qeydə alınıb.

Belə ki, kənd məktəbinin 11-ci sinfində təhsil alan Oqtay Kərimovun idarə etdiyi motosikleti yaşayış evinə çırpılıb. Hadisə nəticəsində ağır xəsarətlər alan məktəbli dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.