📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Siyəzəndə traktorda meyit tapılıb

2022-11-12 21:22:00

Siyəzəndə traktorda meyit tapılıb

Siyəzən rayonunun Balaca Həmyə kəndində traktorda meyit tapılıb.

Hurriyyet.Az "Report"a istinadla xəbər verir ki, Xaçmaz rayon sakini, 1966-cı il təvəlludlü Mahmudov Faiq Qasım oğlu idarə etdiyi traktorda ölü vəziyyətdə tapılıb.

Onun idarə etdiyi traktorun "Aqroservis" MMC-yə məxsus olduğu bildirilir.

Meyit tapılarkən üzərində zorakılıq əlamətləri müəyyən edilməyib. F.Mahmudovun ölüm səbəbi bilinmir.

Faktla bağlı araşdırma aparılır.