📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Siz Ermənistanda hakimiyyəti dəyişə bilməzsiniz” – Paşinyan

2024-06-13 20:16:12

“Siz Ermənistanda hakimiyyəti dəyişə bilməzsiniz” – Paşinyan

“Klerikal-feodal elitaya deyirəm: Siz Ermənistanda hakimiyyəti dəyişə bilməzsiniz, gücsüzsünüz”.
Hurriyyet.Az 
“Aysor.am”a istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan parlamentdə bəyan edib.
“İndi gəliblər, Ermənistanda hakimiyyət dəyişikliyi etmək istəyirlər ki, Ermənistanı KTMT-yə versinlər. Amma mən klerikal-feodal elitasına açıq şəkildə demək istəyirəm ki, siz Ermənistanda hakimiyyəti dəyişə bilməzsiniz, gücsüzsünüz”, - deyə o bildirib.
Nikol Paşinyan deyib ki, müxalifət xalqdan doğan və xalqdan qidalanan legitimlik qarşısında sadəcə olaraq acizdir.
“Yalnız suveren xalq istədiyi vaxt Ermənistanda hakimiyyəti dəyişə bilər. İstəsə, edəcək, istəməsə, etməyəcək”, - deyə Nikol Paşinyan bildirib. \\Yeniavaz.com