📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Siz heç məktəbin içinə də nəzarət edə bilmirsiniz”

2022-06-13 14:07:00

“Siz heç məktəbin içinə də nəzarət edə bilmirsiniz”

“Məşhur bir musiqi var, sözləri belədir: Hamamın içində, içində və çölündə...”

Hurriyyet.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov orta məktəblərin birində baş verən intizamsızlığı özündə əks etdirən görüntüləri sosial şəbəkədə paylaşaraq təqdimat olaraq yazıb. O, öz fikirlərini belə davam etdirib:

“Bildiyiniz kimi, dünən gecə saatlarında Şamaxı - Bakı yolunda şagirdlərin də olduğu avtobus qəzaya uğrayıb və xəsarət alanlar var.

Rəsmilər deyir ki, biz məktəbin çölünə, istirahət günlərinə nəzarət edə bilmərik. Bəli, bu tutaq ki, belədir. 

Bəs axı siz heç içinə də nəzarət edə bilmirsiniz. İçində olan vəziyyət avtobus qəzasından da betərdir”.