📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Sizin əlinizdən qaçmaq üçün xaricə getmək istəyirəm” - Samir Abasov

2026-10-16 17:35:23

“Sizin əlinizdən qaçmaq üçün xaricə getmək istəyirəm” - Samir Abasov

“Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov maraqlı açıqlamaları ilə diqqət çəkib.

Hurriyyet.net  xəbər verir ki, o, “11 Adam” podkastına Azərbaycan çempionatının bugünkü səviyyəsindən danışıb.

S.Abasov hazırkı liqanın əvvəlkilərdən daha zəif olduğunu bildirib: “Hazırkı çempionat öncəkilərdən daha zəifdir. Çünki komandaların arasında uçurum var. Yəni futbolçuların səviyyəsi çox fərq yaradır”.

Təcrübəli məşqçi həmçinin ölkə xaricinə getmək istədiyini bildirib. O, jurnalistərdən qaçmaq istədiyini deyib: “Xaricə getmək mənə uyğundur. Çünki jurnalistlərin əlindən rahat olacağam”.