📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Skabeyevadan şok: Çin ordusu köməyə gəlsin!

2023-06-12 14:03:00

Skabeyevadan şok: Çin ordusu köməyə gəlsin!

“Rossia 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişinin aparıcısı Olqa Skabeyeva müharibədən bir il üç ay keçdikdən sonra rus ordusunun Rusiyanı qoruya bilmədiyini etiraf edib. O, ölkəyə Çin əsgərlərinin gəlməsini istəyir.

Hurriyyet.az xəbər verir ki, bu barədə aparıcı “60 dəqiqə” siyasi tok-şousunda deyib.

“Milyonlarla Çin əsgəri hazırda ehtiyac duyduğumuz amildir. Lazım olan budur. Niyə də yox? Ah, Belqorod vilayətinə baxıram və düşünürəm ki, bizim Çin ordusuna necə də ehtiyacımız var!” - o bildirib.

Xatırladaq ki, Skabeyeva müharibənin əvvəlində rus ordusunun üç gün ərzində Kiyevi ələ keçirəcəyini demişdi./axar.az/