📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Slovakiya Ukraynaya S-300 sistemi verib

2022-04-08 18:23:00

Slovakiya Ukraynaya S-300 sistemi verib

Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, Slovakiya sovet istehsalı olan S-300 Hava Hücumundan Müdafiə Sistemini Rusiya ilə müharibə aparan Ukraynaya göndərib.

Slovakiyanın Baş naziri Eduard Heger “Tvitter” hesabındakı açıqlamasında ölkə mətbuatında dərc edilən, “Slovakiyanın Kiyevə S-300 HHM sistemi göndərdiyi” ilə bağlı xəbərləri təsdiqləyib.

Heger yazıb: “Ukrayna xalqı həm ölkəsinin suverenliyini, həm də bizləri cəsarətlə müdafiə edir. Rusiyanın hücumları altında insan itkilərinə qarşı laqeyd qalmamaq və kömək eləmək bizim vəzifəmizdir”.

Qeyd edək ki, Baş nazir Heger, Avropa İttifaqı Komissiyasının başçısı Ursula von der Leyen ilə birlikdə Ukraynanın paytaxtı Kiyevə gedib.

Hürr Tərcüman