📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sloveniya Prezidenti qəzaya düşdü

2026-08-02 12:48:42

Sloveniya Prezidenti qəzaya düşdü

Sloveniya Prezidenti Nataşa Pirts Musar Xorvatiyada məzuniyyətdən qaytararkən yol qəzasına düşüb.

Hurriyyet.Media xəbər verir ki, Prezident Administrasiyasının məlumatına görə, “Kastelec” tunelində dövlət başçısının eşelonuna daxil olan iki polis avtomobili toqquşub.

Yüngül xəsarət alan Pirts Musar xəstəxanada müayinə olunduqdan sonra evə buraxılıb.

Hadisə zamanı karvandakı şəxslərdən biri ağır, digəri isə yüngül yaralanıb.

Faktla bağlı araşdırmalara Sloveniya Xüsusi Dövlət Prokurorluğu da cəlb olunub.