📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sloveniya Qolodomoru soyqırım kimi tanıdı

2023-05-23 23:23:00

Sloveniya Qolodomoru soyqırım kimi tanıdı

Sloveniya parlamenti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan bəyannamə qəbul edib.

Bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bildirib.

“Mən Sloveniya parlamentarilərinə Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan və bu dəhşətli cinayətin qurbanlarının xatirəsini ehtiramla yad edən bəyannamə qəbul etdiklərinə görə minnətdaram”, - Ukrayna Ali Radasının sədri vurğulayıb.

Stefançuk əlavə edib ki, bəşəriyyət bu dəhşəti bilməli və xatırlamalıdır ki, gələcəkdə bir daha təkrarlanmasın.\\Axar.az