Smolenskdə körpü uçub, ölən və xəsarət alanlar var - VİDEO
2024-04-08 23:47:45
Rusiyanın Smolensk vilayətində körpü uçub.
Smolensk vilayətinin Vyazma şəhərində körpünün uçması nəticəsində ilkin olaraq bir nəfərin öldüyü, beş nəfərin (o cümlədən bir uşaq) yaralandığı bildirilir. Həmçinin oradan keçən qaz xəttinə ziyan dəyib.
Uçqun anında körpünün üzərində iki avtomobil - yük və minik maşını olub.
Uçqunun səbəbləri hələlik məlum deyil.
@ APA