📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başlayıb

2022-10-31 21:41:00

Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başlayıb

Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

Görüş “Rus” sanatoriyasında keçirilir.

Görüş V.Putinin təşəbbüsü ilə keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib. \\Report