📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Soçidə Putinlə Paşinyan arasında görüş başa çatdı - VİDEO

2022-10-31 17:13:00

Soçidə Putinlə Paşinyan arasında görüş başa çatdı - VİDEO

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Təkbətək görüş bir saatdan artıq davam edib. Tərəflər görüş zamanı Rusiya, Azərbaycan və Ermənistan arasında əldə olunmuş üçtərəfli razılaşmaların yerinə yetirilməsi və ikitərəfli gündəmdə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. 

“Ermənistan istənilən vaxt Azərbaycanla regional kommunikasiyaları açmağa hazırdır”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşdə deyib.