Soçidə Rusiya-Yunansıtan görüşü keçirilir
Yunanıstanın baş naziri Kiriakos Miçotakisin 2021-ci il dekabrın 8-i tarixində saat 12:00-da Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır. Soçidə görüş başa çatdıqdan sonra Miçotakis və Putin mətbuata açıqlama verəcəklər.
Görüşün məqsədi Yunanıstan-Rusiya münasibətlərinin istiləşməsidir. Energetika məsələsinə gəlincə, Yunanıstan XİN nazirinin müavini Miltiadis Varviçiotis vurğulayıb ki, “Moskva Yunanıstan üçün etibarlı, ən vacib təbii qaz tədarükçüsüdür və bizim istəyimiz qazın daha az xərclə fasiləsiz tədarükünü davam etdirməkdir”. O həmçinin bildirib ki, Miçotakislə Putinin görüşündə məqsəd Yunanıstan-Rusiya münasibətlərini istiləşdirməkdir. Yunanıstan hökuməti sözçüsü Yannis Ekonomounun verdiyi məlumata görə, müzakirənin gündəliyinə enerji, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq daxildir. Həmçinin regional və beynəlxalq hadisələr müzakirə olunacaq.
"SKAI" radiosu ilə müsahibəsində Varviçiotis vurğulayıb ki, Kiriakos Miçotakis Rusiya prezidenti tərəfindən xoş qarşılanan bir neçə liderdən biridir.
O, Rusiyanın Avropa təhlükəsizlik arxitekturasında əsas amil olduğunu qeyd edib. Nazir müavini “Rusiyanın Avropa sanksiyalarına qarşı əks-tədbirləri nəticəsində yaranan boşluğu doldurmaq üçün investisiyaların cəlb edilməsi məqsədi daşıyan ikitərəfli ticarəti genişləndirməkdən ötrü Yunanıstanın iqtisadi əməkdaşlığı dərinləşdirməsini” gözlədiyini qeyd edib.
Nəhayət, enerji məsələsi ilə bağlı o, Moskvanın Yunanıstan üçün etibarlı və ən mühüm təbii qaz tədarükçüsü olduğunu bildirərək, qazın daha aşağı qiymətə davamlı və fasiləsiz tədarükünün olacağına dair gözləntilərin olduğunu vurğulayıb.
Kreml də öz növbəsində vurğulayır ki, liderlər görüş kontekstində iki dövlətin iqtisadi, siyasi və mədəni əməkdaşlığına toxunacaqlar.
“Tərəflərin siyasi, ticarət-iqtisadi, mədəni və humanitar səviyyələrdə Rusiya-Yunanıstan əməkdaşlığının bütün spektrini müzakirə edəcəkləri, beynəlxalq və regional gündəlikdəki məsələlərə dair fikir mübadiləsi aparacaqları gözlənilir”, deyə Kremldən bildirilib.
Ülviyyə, Hurriyyet.az