📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Soçidən Tehrana – Paşinyan sabah İrana gedəcək

2022-10-31 21:53:00

Soçidən Tehrana – Paşinyan sabah İrana gedəcək

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sabah Tehrana səfər edəcək. Bu barədə məlumatı İranın İRNA agentliyi verib.

Agentliyin yazdığına görə, Paşinyan Tehrana İran Prezidenti İbrahim Rəisinin dəvəti ilə gedir.

Dövlət başçılarının danışıqlarından sonra iqtisadi və siyasi nümayəndə heyətlərinin birgə görüşü keçiriləcək. Sonda İranla Ermənistan hakimiyyətləri arasında əməkdaşlıq sənədləri imzalanacaq.

Hürr Tərcüman