📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ŞOK DETAL AÇIQLANDI: Rusiya Ukraynadan yeni ərazilər qoparmaq üçün hərəkətə keçdi

2022-02-22 12:30:00

ŞOK DETAL AÇIQLANDI: Rusiya Ukraynadan yeni ərazilər qoparmaq üçün hərəkətə keçdi

Rusiya Dövlət Dumasının MDB üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov bəyan edib ki, qondarma Donetsk və Luqansk “respublikaları” eyni adlı əyalətlərin sərhədləri çərçivəsində tanınır.

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Andrey Klimov da bildirib ki, Rusiya hər iki qurumu onların faktiki sərhədləri əsasında tanıyıb.

Qondarma qurumların “konstitusiya”larında öz əraziləri Ukraynanın eyni adlı əyalətlərinin sərhədləri daxilində elan edilib. Hazırda onlar iddia etdikləri ərazilərin iki dəfə kiçiyinə nəzarət edirlər. Bu isə yaxın vaxtlarda onların, faktiki olaraqsa Rusiyanın Ukraynadan yeni ərazilər qoparmaq üçün müharibəyə başlayacaqlarından xəbər verir.