Şok: İsrail İranı yenə İranın özündən vurdu
2024-04-19 14:09:32
İsfahan səmasında vurulan PUA-lar çox güman ki, İran ərazisindən buraxılıb.
Hurriyyet.az xəbər verir ki, bu sözləri İranın Milli Kiberməkan Mərkəzinin nümayəndəsi Hüseyn Dalirian X sosial şəbəkəsində yazıb.
Dalirian PUA-ların uzaqdan gəlməsinin mümkün olmadığını bildirib:
“Uçuş məsafəsi çox qısadır. Şübhəsiz ki, daxildən olub”.
Qeyd edək ki, bu gecə İsrail İran ərazisində yerləşən obyektlərə məhdud cavab hücumu həyata keçirib./axar.az/