📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şok: Kiyev əli silah tutan hər kəsi döyüşə çağırdı

2022-02-24 13:10:00

Şok: Kiyev əli silah tutan hər kəsi döyüşə çağırdı

Ukrayna total müdafiə rejiminə keçir. Əli silah tuta bilən hər bir şəxs hazırda öz regionunda Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiə qüvvələrinin sıralarına qoşula bilər.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

Onun sözlərinə görə, silah əldə etmək istəyənlər yaşadığı bölgədəki ərazi müdafiə qüvvələrinin briqada və batalyonlarına müraciət edə bilər.