📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ŞOK OLAY! Tanınmış müğənni yaxınının ÖLÜM XƏBƏRİNİ jurnalistdən eşitdi

2022-02-16 17:50:00

ŞOK OLAY! Tanınmış müğənni yaxınının ÖLÜM XƏBƏRİNİ jurnalistdən eşitdi

“Diva” ləqəbi ilə tanınan tanınmış müğənni Bülənt Ərsoy bibisinin ölüm xəbərini jurnalistlərdən eşidib.

Hurriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənninin koronavirusa yoluxan 99 yaşlı bibisi İsmet Erkoç Soytürk dünyasını dəyişib. Bibisinin ölüm xəbərini jurnalistlərdən öyrənən Ərsoy baş verənlərə təəccüblənib.

Ötən axşam bir məkanda dostları ilə nahar edən Bülənt Ərsoy restorantdan çıxarkən jurnalistlər ilə söhbət edib. 5 gün əvvəl dünyasını dəyişən bibisinin ölüm xəbərini jurnalistlərdən öyrənən Ərsoy şoka düşüb.