📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şok statistika: Öldürülən 100 001 rus əsgərinin adı açıqlandı

2025-03-29 10:42:49

Şok statistika: Öldürülən 100 001 rus əsgərinin adı açıqlandı

Rusiyalı müxalif jurnalistlər Ukrayna müharibəsində həlak olan 100 001 min rus əsgərin adını açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, sözügedən rəqəm "Mediazona" layihəsi və BBC Rusiya xidmətinin birgə layihəsində qeyd olunub.

Bildirilib ki, ölənlərin faktiki sayı açıqlanandan əhəmiyyətli dərəcədə çoxdur.

Belə ki, araşdırma ictimai nekroloqlara və məzarlıq dəfn qeydlərinə əsasən aparılıb.

Ölənlərin arasında 4,8 mindən çox zabit var.

Tədqiqatçıların fikrincə, faktiki itkilər müəyyən edilmiş adların sayını təxminən 2-2,5 dəfə üstələyir.

axar.az