📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şok xəritə: Kiyev blokadada, rus ordusu hara qədər işğal edib?

2022-03-05 15:27:00

Şok xəritə: Kiyev blokadada, rus ordusu hara qədər işğal edib?

Ukraynanın Çerniqov şəhəri istiqamətində Rusiyanın daha bir hərbi təyyarəsinin vurulduğuna dair məlumat və görüntülər yayılıb.

Ukrayna Silahlı Qüvvələrinin Çerniqov şəhəri üzrə qərargahının yayımladığı videoda yaşayış məntəqələri üzərində uçan təyyarənin Ukrayna Hava Hücumundan Müdafiə sitemləri tərəfindən vurulduğu görünür. Pilotun katapult etdiyi güman olunur. Yaxın zamanda əlavə məlumat veriləcəyi bildirilir.

“Kiyevdəki azərbaycanlıların böyük əksəriyyəti artıq şəhəri tərk edib”. Bunu Ukrayna Azərbaycanlıları Radasının Dnepropetrovsk üzrə nümayəndəsi Eldar Tağıyev deyib. O bildirib ki, şəhərdə qatarlar işlədiyinə görə, insanlar özləri paytaxtdan çıxa bilirlər:

“Bizə artıq müraciətlər, zənglər də gəlmir. Demək şəhərdə qalanlar yoxdur. Bir neçə nəfər diaspor əməkdaşları qalıb. Mən özüm də şəhərdən çıxmaq üçün yola düşmüşəm”.

Ukraynanın Xarkov vilayətində mərmi partlaması nəticəsində həlak olan azərbaycanlıların kimliyi məlum olub. Bu barədə Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğundan məlumat verilib.

Bildirilib ki, ötən gün Xarkov şəhərinin 5 kilometliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən azərbaycanlı olan, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib. Onların sağ qalan 2 övladı hazırda qohumlarının himayəsi altındadır.

“Çin bazarı Rusiya üçün Qərbi əvəz edə bilməz”. Bunu ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları şərh edərkən bildirib.

O deyib ki, Çin Rusiyanın iqtisadi boşluğunu doldurmağa hazırlıq nümayiş etdirmədi. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatını dağıtmağa yönəlmiş sanksiyalar artıq dağıdıcı təsirini göstərir:

“Rublun məzənnəsi kəskin şəkildə düşüb, Moskva fond bazarı məhv olmaqdadır, idxal qiymətləri çox yüksələcək, Rusiya sakinləri isə xarici valyutaya çıxış imkanından məhrum olacaqlar”.

musavat.com