📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sökülən parkinqin hazırkı vəziyyəti - Fotolar

2022-06-08 11:08:00

Sökülən parkinqin hazırkı vəziyyəti - Fotolar

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin tapşırığına əsasən paytaxtdakı qanunsuz parkinq sökülüb.

Hurriyyet.az-ın “Qafqazinfo”-ya istinadən məlumatına görə, artıq ərazidə piyadalar üçün səki bərpa olunub.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata əsasən, həmin parkinq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.

Həmçinin həmin parkinqin salınması zamanı ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib.