Solovyovun mülkünə od vurublar
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, İtaliyada naməlum şəxslər rusiyalı təbliğatçı Vladimir Slovyovun Komo gölünün kənarındakı villasında yanğın törətməyə çalışıblar. Bu barədə məlumatı “Ansa” agentliyi yayıb. Naməlum şəxslər yanğını törətmək üçün təkərlərdən istifadə ediblər.
Yanğın səhərin erkən saatlarında başlayıb, yanğındöndürənlər tərəfindən təcili şəkildə dayandırılıb. İşlə bağlı polis əməkdaşları təhqiqata başlayıblar.
Solovyovun İtaliyadakı digər villasında isə Rusiyanın Ukraynaya qarşı müharibəsinə və təbliğatçı Solovyovun özünə qarşı yazılar aşkar edilib.
Xatırladaq ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları təbliğ etdiyi üçün Vladimir Solovyov Avropa İttifaqının sanksiya siyahısına daxil edilib və İtaliyanın Maliyyə Qvardiyasının əməkdaşları Komo gölü sahilində Solovyova məxsus hər iki villaya həbs qoyub.
Hürr Tərcüman