📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şolts Assancın müdafiəsinə qalxdı: "Onu ABŞ-a verməyin"

2024-03-04 17:59:55

Şolts Assancın müdafiəsinə qalxdı:

Hurriyyet.az xəbər verir ki, AFR kansleri Olaf Şolts Böyük Britaniya məhkəmələrini "VikiLiks" ("WikiLeaks") internet layihəsinin təməlçisi Culian Assancın müdafiəsini təmin eləməyə, onun ABŞ-a təhvil verilməsinə yol verməməyə çağırıb. Bu barədə məlumat martın 4-də "Di Velt" ("Die Welt") nəşrində dərc olunub. 
Şolts Almaniyanın cənub-qərbindəki Zindelfinqe şəhərində peşə məktəbində çıxışı zamanı deyib: "Mən bu fikirdəyəm ki, Britaniya məhkəmələri ona (Assanca - red.) zəruri müdafiəni təmin eləsələr yaxşı olar. Çünki, Amerikanın dövlət sirlərini açdığı üçün ABŞ-da təqib edilmək təhlükəsi altındadır".
Hürr Tərcüman