📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şolts haqqında danışılanları nağıl adlandırdı

2024-01-24 19:19:29

Şolts haqqında danışılanları nağıl adlandırdı

Almaniya kansleri Olaf Şolts mümkün istefa ilə bağlı söhbətləri təkzib edib və bunu nağıl adlandırıb.

O, bu barədə “Die Zeit” nəşrinə müsahibəsində bildirib.

Siyasətçi hakim koalisiyanın və xüsusən də SPD-nin reytinqlərinin aşağı düşməsindən də danışıb. O, hadisələrin bu cür inkişafının istənilən siyasətçinin xoşuna gəlməyəcəyini qeyd edərək, bundan sonra da mütəmadi olaraq vətəndaşlarla görüşəcəyini bildirib. \\Qafqazinfo