Şolts: “NATO Ukraynaya hərbi müdaxilə etməyəcək”
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Almanyanın kansleri Olaf Şolts NATO ölkələrinin Ukrynadakı hadisələrə hərbi müdaxilə eləməyəcəyini bəyan edib.
Şolts İsrailə səfəri çərçivəsində Baş nazir Naftali Bennet ilə birlikdə keçirdiyi mətbuat konfransındakı çıxışı zamanı deyib: “Biz hərbi hücum etməyəcəyik. NATO üçün doğru olan budur. Alyans bunu etməyəcək. İndiki halda belə addım atmaq başqa ölkələr üçün də doğru hərəkət olmazdı”.
Şolts Almaniyanın Ukraynaya humanitar yardım göndərməklə onu dəstəklədiyini də bildirib və əlavə edib: “Rusiyaya qarşı sanksiyalar artıq indidən, bəziləri isə biz hələ onları gerçəkləşdirməzdən əvvəl təsir göstərməyə başlayıb. Zənnimcə, bu, bizim düzgün addım atdığımızı göstərir”.
Hürr Tərcüman