📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şolts: “Putin demokratiya qığılcımının Rusiyaya düşməsindən qorxur” - FOTO

2022-06-20 22:17:00

Şolts: “Putin demokratiya qığılcımının Rusiyaya düşməsindən qorxur” - FOTO

Rusiya prezidenti Vladimir Putin Qərbdən gələn demokratiya qığılcımının ölkəsinə yayıla biləcəyindən ehtiyat edir.

Hurriyyet.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts öz “Twitter” səhifəsində yazıb.

“Görünür, Putin Rusiyaya demokratiya qığılcımının düşə biləcəyindən qorxur. Ona görə də uzun illərdir ki, NATO və Aİ-ni dağıtmağa yönəlmiş siyasət yürüdür. O, öz siyasətini təsir zonasına qaytarmaq istəyir. Amma bunu edə bilməyəcək”, - kansler qeyd edib.