Şolts Putinlə danışacağını söyləyib
2023-05-26 10:07:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Valdimir putin ilə telefonla danışmaq, onunla Ukraynadakı vəziyyəti müzakirə eləmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, tərəflər “ədalətli sülh” sazişi bağlamalıdırlar.
Olaf Şolts Putinlə axırıncı söhbətindən yetərincə vaxt keçdiyini söyləyərək deyib: “Uyğun zamanda Putinlə yenidən danışmaq niyyətindəyəm... Son nəticədə Moskva və Kiyev rəhbərlikləri arasında razılaşma olmalıdır”. Şolts tərəflərin ədalətli sülh müqaviləsi bağlamalı olduqlarını söyləyib.
Hürr Tərcüman