📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Şolts Putinlə danışıqlara hazırdır”

2022-11-03 16:04:00

“Şolts Putinlə danışıqlara hazırdır”

Hurriyyet.az xəbər verir ki, “Deyli Sabah” nəşri Türkiyə Prezidenti R.T.Ərdoğanın Almaniya kansleri Olaf Şoltsun Rusiyaya qarşı münasibətini dəyişdirdiyini və indi Rusiya Prezidenti Vladimir Putin ilə dialoqa hazır olduğunu söylədiyini yazıb.

Prezident Ərdoğan beynəlxalq arenada problemlərin dəf edilməsi üçün “liderlərin diplomatiyasının” həlledici əhəmiyyətə malik olduğunu bildirib.

Ərdoğan deyib: “Hətta Almaniya kansleri Şolts da ötən ay Putinə münasibətdə tamamilə başqa mövqe tuturdu. İndi isə Rusiyaya qarşı mövqeyini dəyişib, ümumi dil axtarılmasının tərəfdarı kimi çıxış edir”.

Hürr Tərcüman