Şolts Rusiya ordusunun itkilərini açıqladı
2024-05-27 12:41:22
Hurriyyet.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolts Rusiyanın yaralanma və ölüm halları nəticəsində hər ay Ukraynada 24 min hərbçi itirdiyini bəyan edib. N-TV kanalının məlumatına görə, Şolts bu sözləri Almaniya Konstitusiyasının 75 illiyi münasibətilə çıxışı zamanı söyləyib.
Almaniya kansleri deyib: "Rusiyanın yaralanma və yaxud həlak olma nəticəsində hər ay 24 min əsgər itirdiyi barəsində məlumat var".
Şolts Rusiya Prezidentini çox sayda dinc vətəndaşın və ukraynalı hərbçilərin ölümünə görə məsuliyyət daşıdığını deyib.
Hürr Tərcüman