📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şolts və Makron Putinlə danışdılar

2022-03-10 17:10:00

Şolts və Makron Putinlə danışdılar

Atəşkəs elan olunmasını tələb ediblər

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Almaniyanın Baş naziri Olaf Şolts ilə Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putin ilə telefonla danışıblar.

Almaniya hökumətinə yaxın çevrələrdən verilən məlumata görə, danışıqlar zamanı Almaniya ilə Fransa Rusiyadan Ukraynada dərhal atəşkəs elan eləməsini tələb ediblər.

Danışıqlar zamanı Makron ilə Şoltsun Ukrayna ilə Rusiya arasındakı problemlərin həllinin diplomatik yolla həll olunmasında israr elədikləri bildirilir.

Hürr Tərcüman