Somali rəsmisindən AÇIQLAMA: Azərbaycan ilə əlaqələr yüksələn xətlə inkişaf etməkdədir
2024-07-26 14:03:54
Bu illər ərzində Azərbaycan ilə Somali arasında əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Bu barədə Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moalim Fiki Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı bildirib.
Əhməd Moalim Fiki qeyd edib ki, aprel ayında Azərbaycanda səfərdə olan işçi qrupu ölkələr arasında əməkdaşlığı gücləndirəcək. Eləcə də açıqlanıb ki, Azərbaycan Somaliyə humanitar yardım göstərməyə hazırdır
Həmçinin, Somali COP29-un uğuru üçün Azərbaycan hökuməti ilə yaxından işləməyə hazır olduğunu açıqlayıb.
Ülviyyə, Hurriyyet.az