Somalidə 1 milyon insan aclıq və susuzluqla qarşı-qarşıyadır
2022-02-02 17:30:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi ofisi (OSHA) Somalinin Puntlend bölgəsində davam edən quraqlıq səbəbindən 1 milyon nəfər insanın su və ərzaq çatışmazlığı ilə üzbəüz qaldığını açıqlayıb. Hava şəraitinin yaxşılaşmayacağı halda, vəziyyətin daha da pisləşəcəyi qeyd edilib.
Somali hökuməti ölkədə mövcud olan quraqlığın ölümcül təsirləri səbəbindən noyabrın 10-da qlobal yardım çağırışı etmiş, noyabrın 23-də bütün ölkədə fövqəladə vəziyyət elan eləmişdi.
Gələn il bu problem Somalinin 7,7 milyon vətəndaşını əhatə edə bilər.
Somalidə 2011-ci ildə baş vermiş quraqlıq səbəbindən 260 min nəfər həyatını itirmişdi.
Hürr Tərcüman