Somalidə terror - qadın deputat öldürüldü
2022-03-24 14:06:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Somalinin Beledueyne şəhərində “Aş Şabab” yaraqlılarının təşkil elədikləri terror aktları nəticəsində 15 nəfər həlak olub. Bu barədə agentliyə polis məmuru Abdullah Əhməd məlumat verib. Onun sözlərinə görə, terror aktının qurbanları arasında Əminə Məhəmməd Abdi adlı qadın deputat da var.
Terror aktı seçkilər ərəfəsində baş verib. Əminə Məhəmməd Abdi seçkiqabağı kampaniya keçirirmiş.
Hürr Tərcüman