Son 12 ildə ilk dəfə – Pakistanın XİN rəhbəri Hindistana getdi
2023-05-04 16:47:00
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Pakistanın Xarici İşlər naziri Bhutto Zərdari Şanxay Əməkdaşlıq Təşkilatının görüşündə iştirak eləmək üçün mayın 4-də Hindistanın Qoa şəhərinə səfər edib.
“Hindistan Tayms” nəşrinin xəbərində Bhutto Zərdarinin son 12 ildə Hindistana səfər etmiş ilk Pakistan Xarici İşlər naziri olduğu bildirilir.
Hürr Tərcüman