Son 23 il ərzində ilk dəfə
2023-05-08 16:13:00
Hurriyyet.az xəbər verir ki, Almaniya Prezidenrti Frank-Valter Ştaynmayerin dəvəti ilə Fransa Prezidenti Emmanuel Makron 2-4 iyul tarixlərində Almaniyaya dövlət səviyyəsində rəsmi səfər edəcək. Bu barədə məlumatı Almaniya Federativ Respublikasının mətbuat xidməti verib.
Açıqlamada bunun son 23 il ərzində Fransa Prezidentinin Almaniyaya ilk dövlət səfəri olduğu qeyd edilir.
Səfər Yelisey müqaviləsinin 60-cı ildönümünə təsadüf edir.
Hürr Tərcüma