📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SON DƏQİQƏ - Bakı metrosunun bütün stansiyaları BOŞALDILIR

2026-04-21 12:37:02

SON DƏQİQƏ - Bakı metrosunun bütün stansiyaları BOŞALDILIR

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

İlkin məlumata əsasən, bu gün saat 12:10-da "Ulduz" - "Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov" - "Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.