SON DƏQİQƏ: Azərbaycan hərbçiləri daha bir yolu bağladılar - Gorusdən Uruda gedən yol nəzarətimizdədir
2021-08-26 13:17:00
Azərbaycan hərbçilərinin Gorus-Qafan yolunu bağlaması xəbərindən sarsılan ermənilərə növbəti şok məlumatı bu ölkənin obbudsmanı Arman Tatoyan çatdırıb.
HURRİYYET.az-ın erməni mətbuatına istinadən məlumatına görə, Ermənistanın Ombudsmanı Arman Tatoyan bu dəfə Azərbaycan hərbçilərinin başqa bir yolu bağlaması ilə bağlı xəbər yayıb:
“Azərbaycan tərəfi Zəngəzur (Sünik) bölgəsindəki Gorusdən Urud kəndinə (Vorotan) gedən yolu da bağladı.” – Tatoyan vurğulayıb. Heç şübhəsiz ki, bu xəbərdən sonra ermənilərin təşvişi daha da artacaq.