📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SON DƏQİQƏ! Bəzi marşrut avtobuslarının hərəkəti dəyişdiriləcək

2026-05-05 11:38:41

SON DƏQİQƏ! Bəzi marşrut avtobuslarının hərəkəti dəyişdiriləcək

Bəzi marşrut avtobuslarının istiqaməti dəyişdiriləcək. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək.

Hurriyyet.az  xəbər verir ki, bu fikirləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) günlərində nəqliyyatın idarə olunması planına dair brifinqdə bildirib.

O qeyd edib ki, xarici bank kartları vasitəsilə ödəniş edilməsi mümkün olacaq:

"Yəni turistlər də ictimai nəqliyyatda bank kartları vasitəsilə ödəniş edə biləcəklər".