📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SON DƏQİQƏ: Hərbçilərimiz erməniləri səngər qazan yerdə yaxaladı – RƏSMİ

2022-02-15 21:06:00

SON DƏQİQƏ: Hərbçilərimiz erməniləri səngər qazan yerdə yaxaladı – RƏSMİ

“Fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb”, – məlumatda qeyd edilib.