📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SON DƏQİQƏ: İran Validə Yusifovanı Azərbaycana təhvil verdi

2023-07-28 19:35:00

SON DƏQİQƏ: İran Validə Yusifovanı Azərbaycana təhvil verdi

İranda həbsdə olan Azərbaycan vətəndaşı ölkəmizə təhvil verilib.

Bu barədə “Tasnim” məlumat yayıb.

Qeyd edilib ki, İranda həbsdə olan Azərbaycan Respublikası vətəndaşı Validə Yusifova azad edilərək Astara sərhəd-keçid məntəqəsində Azərbaycan tərəfinə təhvil verilib.

Məlumata əsasən, Validə Yusifova iki il əvvəl Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarı ilə "casusluq ittihamı" ilə həbs edilib.\\APA