SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Kəlbəcər istiqamətində...
2023-05-14 23:15:00
Kəlbəcər istiqamətində mövqelərimiz minaatanlardan atəşə tutulub.
Bu barədə Hurriyyet.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Mayın 14-ü saat saat 20:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini 60 mm minaatanlardan atəşə tutub.