SON DƏQİQƏ: Ramiz Mehdiyevin adı siyahıya DAXİL EDİLDİ
2023-07-20 20:23:00
Azərbaycan Milli Elmlər Akademiyası bundan öncəki prezident Ramiz Mehdiyevin adını qurumun sabiq prezidentləri siyahısına əlavə edib.
Hurriyyet.Az xəbər verir ki, hazırda Ramiz Mehdiyevin adını AMEA-nın saytında sabiq prezidentlərin adlarının siyahısında görmək mümkündür.

Xatırladaq ki, Ramiz Mehdiyev 23 oktyabr 2019-cu ildən 14 fevral 2022-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edib.
Qeyd edək ki, hazırda AMEA-nın prezidenti İsa Həbibbəylidir.