📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SON DƏQİQƏ: Rusiya Xəzərdən Ukraynaya səkkiz raket atdı

2022-08-02 22:51:00

SON DƏQİQƏ: Rusiya Xəzərdən Ukraynaya səkkiz raket atdı

Rusiya ordusu bu gün Xəzər dənizinin şimalından Ukraynaya 8 raket atıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığı “Facebook” səhifəsində məlumat yayıb.

Məlumata görə, onlardan yeddisi vurulub.

“Ümumilikdə, X-101 (X-555) tipli səkkiz qanadlı raket Ukrayna ərazisi boyunca mərkəzi, cənub və qərb vilayətləri istiqamətində atılıb. Səkkiz raketdən yeddisi havadan vurulub. 6 raket zenit-raket qüvvələri tərəfindən, biri isə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi tərəfindən vurulub”,-deyə məlumatda bildirilir.

Atılan raketlərdən biri Lvov vilayətinə düşüb. Dağıntı və insan təlafatı barədə məlumat verilmir. \\Manşet