📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SON DƏQİQƏ! Rusiyada helikopter QƏZAYA UĞRADI - Ölənlər var

2024-07-25 09:25:55

SON DƏQİQƏ! Rusiyada helikopter QƏZAYA UĞRADI - Ölənlər var

Rusiyanın Kaluqa vilayətində "Mi-28" helikopteri qəzaya uğrayıb.

Hurriyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladislav Şapşa özünün “Telegram” kanalında məlumat verib. 

Onun sözlərinə görə, helikopter Jizdrinski rayonunda qəzaya uğrayıb. 

Hadisə yerində xilasedicilər və əməliyyat qrupu işləyir. 

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, helikopterin ekipaj həlak olub. 

Qeyd olunub ki, qəzanın ilkin səbəbi texniki nasazlıqdır.