SON DƏQİQƏ: Surxay Hüseynli vəfat etdi - FOTO
2026-09-25 18:10:28
Tanınmış jurnalist Surxay Hüseynli vəfat edib.
Hurriyyet.media xəbər verir ki, 1955-ci il oktyabrın 18-də Zərdabın Pərvanlı kəndində doğulan Surxay Hüseynli Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
“Mingəçevir işıqları”, “Ülfət” qəzetlərində çalışıb, “Azadlıq” qəzetində siyasət şöbəsinin müdiri, redaktor müavini, redaktorun birinci müavini vəzifələrini tutub.
Milli azadlıq hərəkatında fəal iştirakı ilə tanınan Surxay Hüseynli 1992-1993-cü illərdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini olub.
Allah rəhmət eləsin!
