SON DƏQİQƏ! Terror aktı törədildi
2022-04-08 00:30:00
İsrailin paytaxtı Təl-Əvivin mərkəzində atışma olub.
Bu barədə “Kan” radiostansiyası məlumat yayıb.
Belə ki, naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində azı 6 nəfər yaralanıb. Məlumata görə, zərərçəkənlərdən birinin vəziyyəti ağır qiymətləndirilir.
Radiostansiyanın məlumatına görə, hücumda odlu silahla silahlanmış iki terrorçu iştirak edib. Hazırda təhlükəsizlik xidmətləri hücum edənləri axtarmağa davam edir.
Yaralılardan ikisinin vəziyyəti kritik olaraq qiymətləndirilir. \\Oxu24